İkrimə ibn Əbu Cəhl
İkrimə ibn Əbu Cəhl (ərəb. عكرمة بن أبي جهل) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri, Əbu Cəhlin oğlu olaraq İkrimə Məkkədə Məhəmməd peyğəmbərin əsas əleyhdarlarından biri idi. 630-cu ildə Məhəmmədin Məkkəni fəth etməsindən sonra İkrimə İslamı qəbul edir və gənc müsəlman dövlətinin görkəmli simalarından biri olur. Mürtədlərlə döyüşlər zamanı Əbu Bəkr İkriməni yalançı peyğəmbər Müseylimə əleyhinə Yəmamə göndərir. 636-cı ildə Yərmuq döyüşündə Suriyanın fəthi zamanı vəfat etmişdir.
İkrimə Məhəmməd peyğəmbərin barışmaz rəqibi Əbu Cəhlin oğlu idi. İkrimə peyğəmbərliyin ilk illərində atası ilə birlikdə Məhəmməd peyğəmbəri və Məkkə müsəlmanlarını təhqir edir, məsxərəyə qoyurdu. Bədr döyüşündə Əbu Cəhlin ölümündən sonra İkrimə düşmənçiliyi qisas xarakteri alır. O, Məhəmmədə və onun tərəfdarlarına zərər vermək üçün bütün səylərini cəm edir.
İkrimə Məkkənin fəthi günü bir dəstə Məkkəli ilə Xalid ibn Vəlidin ordusuna qarşı vuruşur, lakin məğlub olur.